Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya sülhməramlılarına Dağlıq Qarabağda “fədakar və peşəkar hərəkətlərinə” görə təşəkkür edib.
“Rusiya sülhməramlılarının vasitəçiliyi ilə münaqişə tərəfləri atəşin tam dayandırılması barədə razılığa gələ biliblər. 98 mindən çox mülki şəxsin, o cümlədən 32 minə yaxın uşağın Dağlıq Qarabağdan Ermənistan ərazisinə təxliyəsi təşkil edilib”, - deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, Ağdam və Laçın marşrutları ilə 300 tona yaxın humanitar yük gətirilib. O qeyd edib ki, Stepanakert yanacaq anbarında baş verən yanğının söndürülməsində Rusiya hərbçiləri də iştirak edib.