Avropa Komissiyasının sədri Ursula fon der Leyen X mikrobloqunda (keçmiş Twitter) baş nazir Nikol Paşinyanla telefon danışığına toxunaraq qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağdan məcburi köçkünlərə yardım etməkdə Ermənistanın yanındadır.
“Biz Mülki Müdafiə Mexanizmini işə saldıq və 5,2 milyon avro dəyərində humanitar yardımı səfərbər etdik. Mülki müdafiə və humanitar yardım üzrə Avropa komissarı Yanes Lenarçiç gələcək ehtiyacları qiymətləndirmək üçün cümə günü Ermənistana gələcək”, - deyə Ursula fon der Leyen bildirib.