Roma Papası Fransisk Ermənistan və Azərbaycanı dialoqa çağırıb. Papa Fransisk bazar günü duası zamanı çıxışında bunu qeyd edib.
“Mən bir daha Azərbaycan və Ermənistanı dialoqa çağırıram. Ümid edirəm ki, tərəflər arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan danışıqlar humanitar böhrana son qoyacaq uzunmüddətli razılaşmaya gətirib çıxaracaq.
Stepanakert yaxınlığında baş verən partlayışda həlak olanlara rəhmət diləyirəm”, – o bildirib.