Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna oktyabrın 3-də Ermənistana səfər edəcək.
Bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Qeyd edək ki, Kolonna Fransanın Yerevanda hərbi attaşesinin olacağını, həmçinin sərhədyanı Syunik bölgəsində konsulluq açacağını açıqlamışdı.