Ermənistan Dağlıq Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının pozulması iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.
Bu barədə Ermənistan Respublikasının Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyi məlumat yayıb.