Danimarkanın Ermənistan və Gürcüstandakı səfiri Ann Toft Sörensen özünün X (keçmiş Twitter) mikrobloqunda Ermənistana göndəriləcək humanitar yardım barədə məlumat verib.
“Danimarka Qırmızı Xaç vasitəsi ilə Ermənistana humanitar yardım üçün 1 milyon kron (140 min dollardan çox – red.) ayırır”, – deyə səfir yazıb.