Böyük Britaniya Dağlıq Qarabağdakı humanitar vəziyyətə dəstək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə 1 milyon funt sterlinq ayıracaq.
“Birləşmiş Krallıq Dağlıq Qarabağda və bütün regionda həssas əhali qruplarını zəruri dərman vasitələri, tibbi yardım və digər yardımlarla təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə maliyyə ayırdığını elan edib.
1 milyon funt sterlinq BQXK-ya yaralıların daşınmasına və köçkünlərin ailələrinin əlaqə saxlamasına kömək edəcək”, - Böyük Britaniya hökumətinin bəyanatında deyilir.