Avropa İttifaqı və Aİ-yə üzv dövlətlər Dağlıq Qarabağ sakinlərinə əlavə humanitar yardım göstərməyə hazırdırlar, deyə Aİ xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano bildirib.
“Avropa Komissiyası 5 milyon avroluq əlavə humanitar yardım paketi elan edib, Aİ və onun üzvü olan ölkələr əlavə humanitar yardım göstərməyə hazırdır”, - deyə o bildirib.
Stano əlavə edib ki, Aİ həmçinin Azərbaycanı vəziyyətin müstəqil monitorinqini aparmaq üçün Dağlıq Qarabağa beynəlxalq çıxışa icazə verməyə çağırır.
“Bir daha bildiririk ki, Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin, o cümlədən öz evlərində ləyaqətlə, hədə-qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnun, habelə köçkünlərin geri qayıtmaq hüququnun təmin edilməsinə cavabdehdir”.