Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqazla əməkdaşlıq üzrə koordinatoru Robin Vaqener Table.Media-ya müsahibəsində Dağlıq Qarabağın demək olar ki, bütün sakinlərinin Azərbaycanın hərbi əməliyyatının nəticələrində qaçaraq regionu tərk edə biləcəyini istisna etməyib.
“Artıq bir neçə gündür ki, on minlərlə insanın olduğu avtomobil karvanları Dağlıq Qarabağdan Ermənistana gedən yol boyu hərəkət edir. Mümkündür ki, sakinlərin böyük əksəriyyəti yaxın günlərdə onlara qoşulsun və bu səbəbdən Dağlıq Qarabağ demək olar ki, boşaldıla bilər”, - diplomat bildirib.