Aİ-nin Ermənistandakı müşahidə missiyası özünün X (keçmiş Twitter) səhifəsində Qoris bölgəsindəki fəaliyyətini təqdim edib.
“Bu gün Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter Aİ-nin Mülki Planlaşdırma və İdarəetmə Ofisindən olan həmkarları ilə birlikdə mövcud vəziyyəti daha yaxşı başa düşmək üçün Laçın dəhlizinin girişində patrul etmək üçün Qorisdəki müşahidəçilərimizə qoşulub.
Aİ-nin Ermənistandakı müşahidə missiyasının mandatı Ermənistan-Azərbaycan sərhəd rayonlarında baş verən hadisələri müşahidə etmək və hesabat verməkdir”, - missiyanın mikrobloqunda deyilir.