NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina öz X səhifəsində Dağlıq Qarabağdan məcburi köçkünlərin məsələsinə toxunub.
“Biz Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpasını alqışlayırıq. Bununla belə, bundan öncəki fon həyəcan yaradır. Çoxlu sayda Dağlıq Qarabağ erməniləri öz doğma yurdlarını tərk edir, humanitar vəziyyət ağırdır. Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməlidir”.