Sentyabrın 28-i saat 14:00-a olan məlumata görə, ER sərhədini keçən məcburi köçkünlərin sayı 70 500 nəfərdir. Onlardan 50 866-sı qeydə alınıb. Bu barədə humanitar mərkəzin fəaliyyətini təqdim edən mətbuat konfransında ER baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.