19-20 sentyabr 2023-cü il tarixində Dağlıq Qarabağa qarşı həyata keçirilmiş hərbi əməliyyatlar zamanı Azərbaycan SQ-nin 192 hərbi qulluqçusu həlak olub. Onlardan 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır.
Bu barədə bu gün Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Eyni zamanda, 511 hərbi qulluqçu yaralanıb.