Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano bildirib ki, Azərbaycan Dağlıq Qarabağdakı vəziyyəti müşahidə etmək üçün müstəqil beynəlxalq müşahidəçilərə hələlik icazə verməyib.
“Biz Azərbaycanı lazımi yardım göstərmək üçün Dağlıq Qarabağa beynəlxalq çıxışı təmin etməyə, eləcə də orada baş verənlərə, xüsusən də əhaliyə necə münasibət göstərilməsinə müstəqil nəzarət etməyə çağırırıq... İndiyədək belə icazə təmin edilməyib”, - deyə Stano Brüsseldə brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Aİ də atəşkəslə razılaşan Dağlıq Qarabağ qüvvələrinə ümumi amnistiya tətbiq edilməsinin tərəfdarıdır.
“İndi Aİ üçün, həm qurumlar, həm də üzv dövlətlər üçün vacibdir ki, Dağlıq Qarabağda ehtiyacı olanlara humanitar yardımın çatdırılmasının təmin edilməsi çox vacibdir... Avropa Komissiyası artıq yardım ayırıb, Aİ ölkələri bunu fərdi olaraq etməyə hazırdır"- deyə Stano qeyd edib.