BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Dağlıq Qarabağdakı humanitar vəziyyətdən narahatlığını bildirib. Bu barədə BMT-nin Ermənistandakı ofisi bildirib.
“Mən kövrək humanitar vəziyyətin inkişafını narahatlıqla izləyirəm. Etnik erməni əhalinin hüquqlarının yerli səviyyədə qorunması və bütün hərəkətlərin beynəlxalq hüquqa əsaslanması vacibdir. Bütün mülki şəxslərin müdafiəsi mütləq prioritet olmalıdır. Bütün mülki şəxslərin müdafiəsi mütləq prioritet olmalıdır. Humanitar yardımlar zərərçəkənlərə çatdırılmalıdır”, - deyə o vurğulayıb.
Məcburi köçkünlərin və qaçqınlarla oxşar vəziyyətdə olan şəxslərin hüquqları, o cümlədən onların təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqlarını həyata keçirə bilmələri təmin edilməklə, tam şəkildə qorunmalıdır. Mən həm də itkin düşmüş şəxslərlə bağlı xəbərlərə diqqət yetirməyə çağırıram.
İnsan hüquqlarının və ya beynəlxalq humanitar hüququn hər hansı pozuntusu şəraitdən asılı olaraq qurbanların hesabatlılığını və kompensasiyasını təmin etmək üçün operativ, müstəqil və şəffaf təhqiqat da daxil olmaqla əlavə tədbirlər görülməsini nəzərdə tutur.
Hər bir dövlət həmçinin öz ərazisində azlıqların mövcudluğunu və milli və ya etnik, mədəni, dini və linqvistik kimliyini qorumalı və bu kimliyin təbliği üçün şərait yaratmalıdır”.