Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand bildirib ki, o, iki tendensiyanı çox narahatedici hesab edir: birincisi, etnik ermənilər qorxusundan Dağlıq Qarabağı tərk etmək istəyirlər, ikincisi, Ermənistanda davam edən hökumət əleyhinə nümayişlər.
“The Guardian” ilə söhbətində Kalyurand Qarabağ ermənilərinin qorxusunu anladığını bildirib və humanitar təşkilatların bölgəyə daxil ola biləcəyinə ümid etdiyini bildirib.
Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarından danışan Avropa Parlamentinin deputatı deyib: “Ermənistan rəhbəri çox açıq şəkildə bildirib ki, o, ölkəsinin gələcəyini Rusiya ilə görmür”.
Kalyurandın fikrincə, Avropa Ermənistan hökumətinə dəstəyini gücləndirməlidir.