Mən bura ABŞ prezidenti Co Baydenin tapşırığı ilə Ermənistan hakimiyyəti, QHT-ləri, ən əsası isə mülki şəxslər və Dağlıq Qarabağı çıxan insanlarla danışmaq üçün gəlmişəm. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer Kornidzorda təşkil olunmuş brifinqdə bildirib.
“Bu ailələrin yaşadığı hər şeyi eşitmək, görmək çətindir. Söhbət etdiyimiz həkimlərin dediyinə görə, çoxları qida çatışmazlığından əziyyət çəkir.
Məncə hər kəs o travmanı, o yorğunluğu görür. hər şey artıq bu insanların üzlərindən görünür”, - deyən Samanta Pauer, daha sonra vurğuladı ki, hazırda beynəlxalq müşahidəçilərin və humanitar təşkilatların Dağlıq Qarabağ xalqına yerindəcə çatması və onlara dəstək verməsi son dərəcə vacibdir.
“Biz bilirik ki, Dağlıq Qarabağda evakuasiyaya ehtiyacı olan yaralı mülki şəxslər var və onların təxliyyəsinin dərhal Azərbaycan hakimiyyəti tərəfindən təşkil edilməsi lazımdır.
DQ-dən gələnlərin, DQ əhalisinin ehtiyaclarını nəzərə alaraq, mən bu gün elan edirəm ki, ABŞ hökuməti humanitar yardım üçün 11,5 milyon ABŞ dolları ayırır”, - deyə o, ərzaq təminatı üçün dəstək vəsaitlərinin veriləcəyini bildirib.
Samanta Pauer həmçinin ailə üzvlərinin harada olduğunu bilməyən insanlarla görüşdüyünü bildirdi.
“Ermənistana valideynləri olmadan gələn çoxlu sayda uşaq var və onların ailələrini tez bir zamanda tapa bilmələri çox vacibdir.
Ermənistana köçmüş məcburi köçkünlərdən də eşidirik ki, qohumlarının məzarını ziyarət etmək üçün öz evlərinə qayıtmaq istəyirlər. Hərəkət azadlığı tamamilə zəruri və vacibdir”, - deyə o bildirib.