Fransa prezidenti Emmanuel Makron Azərbaycanın Ermənistana qarşı mümkün hərbi hücumundan narahatlığını ifadə edərək, Bakının Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini vurğulayıb. O, bunu Fransa telekanallarından birinə müsahibəsində deyib.
“Fransa Ermənistanın ərazi bütövlüyü ilə bağlı çox ayıqdır. Bu gün Rusiya Azərbaycanın yanındadır, Türkiyə isə həmişə Bakının istəklərini dəstəkləyib”, - Makron bildirib.
Fransa prezidenti Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatını bir daha pisləyib və Qarabağ ermənilərinin hüquqlarına hörmət edilməli olduğunu vurğulayıb. Makron qeyd edib ki, Dağlıq Qarabağa humanitar yardım göstərmək üçün səyləri birləşdirməlidirlər.