Sentyabrın 24-də Nyu-Yorkda ER xarici işlər naziri Ararat Mirzoyan Hindistanın xarici işlər naziri Subramanyam Caişankar ilə görüşüb.
Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə edilib.
Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycanın davamlı təcavüzü, sentyabrın 19-da Dağlıq Qarabağ xalqına qarşı irimiqyaslı hərbi hücum, ondan əvvəl Laçın dəhlizinin 9 aylıq blokadası və Dağlıq Qarabağın tam blokadaya alınması beynəlxalq tərəfdaşların konkret fəaliyyətlərinin vacibliyini göstərib.
Regionda sabitliyin pozulmasına yönəlmiş addımların cilovlanmasının zəruriliyi vurğulanıb.
Ermənistan və Hindistan arasında ikitərəfli gündəlikdəki məsələləri də müzakirə olunub.