Aİ missiyası İspaniyanın Ermənistandakı səfiri Markos Qomesi Kapandakı əməliyyat mərkəzində qəbul edib.
“Ən son hərbi və təhlükəsizlik hadisələri və onların yerli əhalinin həyatına təsirini təqdim etmək üçün müşahidəçilərimiz İspaniya nümayəndə heyətini hava limanına və Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarına aparıblar”, - deyə missiyanın “X” səhifəsində deyilir.