ABŞ senatoru Gerri Petersin başçılıq etdiyi Konqresin nümayəndə heyəti Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mərkəzində olub.
“Biz Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarında gərginliyi azaltmağa çalışırıq”, - deyə Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter bildirib.
"Aİ-nin Ermənistandakı müşahidə missiyası ABŞ nümayəndə heyətini Ermənistana səfəri zamanı qəbul etməkdən şaddır", - missiyanın X (keçmiş Twitter) rəsmi mikrobloqunda qeyd olunub.