Rusiya və İran xarici işlər nazirlərinin görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.
Sergey Lavrov və Hüseyn Əmi Abdollahian əsas ikitərəfli və beynəlxalq mövzuları müzakirə edib, aktual regional problemlərə, xüsusilə də Cənubi Qafqazdakı vəziyyətə toxunublar.
Rusiya, İran və Türkiyə xarici işlər nazirləri də üçtərəfli görüş keçirərək Suriyadakı vəziyyəti müzakirə ediblər.