Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eger ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Nazir Mirzoyan 9 aylıq blokadanın, eləcə də sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi növbəti genişmiqyaslı hücumun yaratdığı humanitar problemlərin həllinin vacibliyini vurğulayıb.
Bu kontekstdə müvafiq beynəlxalq strukturların Dağlıq Qarabağa humanitar çıxışının təmin edilməsi və xüsusilə BQXK-nın maneəsiz fəaliyyəti, o cümlədən Laçın dəhlizi vasitəsilə hər iki istiqamətdə malların daşınması və insanların fasiləsiz hərəkəti təmin edilməsinin vacibliyi vurğulanıb.