Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Dağlıq Qarabağdakı humanitar və hərbi-siyasi vəziyyətə toxunub. O qeyd edib ki, vəziyyət son dərəcə gərgin olaraq qalır, humanitar böhran davam edir.
“Biz DQ tərəfdaşları ilə daim təmasdayıq, bu səhər aparılan müzakirələr nəticəsində vəziyyətin müsbət dəyişməsinə müəyyən ümidlərin olduğunu qeyd edə bilərik.
DQ sakinləri öz evlərinə qayıtmaq üçün real imkan əldə edə bilərlər, lakin mən bunları da demək istəyirəm ki, vəziyyət dinamik və dəyişkəndir, hazırda əlimizdə olan məlumatlar yarım saat ərzində dəyişə bilər”,-deyə o qeyd etdi.
Baş nazir bildirib ki, humanitar vəziyyətin yaxşılaşmasına müəyyən ümidlər var, bu gün Dağlıq Qarabağa daha böyük humanitar yardımın daxil olacağı istisna edilmir.
“İndi mən daha ətraflı deyə bilmərəm, çünki müəyyən razılaşmalar var ki, onların icrasına indidən başlanmalıdır, onun başlanıb-başlanmayacağını deyə bilmərəm, amma müəyyən razılaşmalar var, bu aydındır”, - deyə o bildirib.