Sentyabrın 22-də ER müdafiə naziri Suren Papikyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı və Aİ-nin Ermənistan Respublikasındakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqosu qəbul edib.
ER Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı son hadisələr nəticəsində yaranmış regional təhlükəsizlik vəziyyəti və Ermənistan-Azərbaycan sərhədlərindəki vəziyyətlə bağlı məsələlər müzakirə olunub.