Sentyabrın 21-də ER xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri Analena Berbok ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Görüşdə Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Ararat Mirzoyan qeyd edib ki, 9 aylıq blokadadan sonra sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı törətdiyi təcavüz rəsmi Bakının Dağlıq Qarabağı etnik təmizləməyə məruz qoymaq niyyətini açıq şəkildə nümayiş etdirir.
Bu kontekstdə beynəlxalq tərəfdaşlar, o cümlədən Aİ və onun üzv dövlətləri tərəfindən təcili addımların atılması və mövcud mexanizmlərdən istifadə etməklə Azərbaycanın aqressiv davranışının qarşısının alınmasının vacibliyini vurğuladılar.
Dağlıq Qarabağda faciənin qarşısının alınması, eləcə də regionda uzunmüddətli sülh kontekstində Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həllinin vacibliyi qeyd olunub.
Hər iki tərəf, həmçinin mövcud problemlərin güc tətbiqi və güc təhdidi yolu ilə həllinin yolverilməzliyini vurğulayıb.