Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycanla ticarətə başlamaq məsələsini müzakirə etməsi ilə bağlı yayılan xəbərləri təkzib edir.
“Armenpress”ə açıqlamasında nazirin mətbuat katibi Nelli Qulyan məlumatı təkzib edib.
Bundan əvvəl mətbuatda məlumat yayılmışdı, guya İqtisadiyyat Nazirliyi bu məsələni müzakirə edir və müxtəlif variantlar hazırlayır.