Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası Ermənistan-Azərbaycan sərhədyanı ərazilərdə və cəbhə bölgəsində, eləcə də Sotk kəndi yaxınlığında hərbi və təhlükəsizlik hadisələri ilə bağlı məlumat vermək üçün patrul fəaliyyətini gücləndirib. Bu barədə Mission X-in (keçmiş Twitter) rəsmi mikrobloqunda məlumat verilib.
"Biz mandata sadiqliyimizi və regionda vəziyyətin sabitləşməsinə töhfə vermək öhdəliyimizi bir daha təsdiqləyirik", - deyə bəyanatda qeyd edilir.