Sentyabrın 20-də ER xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Albaniyanın xarici işlər naziri İqli Həsəni ilə görüşüb.
ER XİN-dən verilən məlumata görə, görüş zamanı regionda təhlükəsizlik vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub. Sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı törətdiyi genişmiqyaslı təcavüzə toxunan nazir Mirzoyan qeyd edib ki, bu, Azərbaycanın Laçın dəhlizinin 9 aylıq blokadasından sonra baş verir və məqsədi Dağlıq Qarabağ xalqının etnik təmizləməsidir. Nazir Mirzoyan mülki əhalinin və mülki infrastrukturun hədəfə alınması hallarını həmkarının diqqətinə çatdıraraq, güc tətbiqinin hər yerdə birmənalı şəkildə pislənilməli olduğunu vurğulayıb.
Azərbaycanın Dağlıq Qarabağa qarşı törətdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-nə təyin edilmiş sessiyasına toxunulub.
Ermənistan və Albaniya arasında siyasi dialoq və ikitərəfli münasibətlərin gündəliyinin genişləndirilməsi məsələləri də müzakirə edilib, hər iki tərəf bir sıra istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək istəyini qeyd edib.