Paris Dağlıq Qarabağdakı proseslər kontekstində Bakının Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdlərini izləməyə davam edəcək. Bunu Fransa XİN başçısı Katrin Kolonna BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl keçirdiyi brifinq zamanı bildirib və əlavə edib ki, “Paris məsələlərin həlli və erməni əhalisinin hüquqlarının təmin edilməsi üçün danışıqlar yolu ilə fəaliyyət göstərməyə davam edəcək.
Fransa insanların küçürülməsi riski ilə bağlı yayılan xəbərlərdən narahatdır”, deyə Fransanın xarici işlər naziri yekunlaşdırıb.