ER xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə Mirzoyan özünün X (keçmiş Twitter) mikrobloqunda məlumat verib.
“ABŞ-ın dövlət katibi Entoni Blinkenlə söhbətimdə vurğuladım ki, Azərbaycanın Dağlıq Qarabağa qarşı irimiqyaslı təcavüzünü və vəhşi cinayətlərini dayandırmaq üçün təcili beynəlxalq müdaxilə lazımdır. Cənubi Qafqazda sabitliyi pozmaq üçün bütün cəhdlərin qarşısı alınmalıdır”, - Mirzoyan bildirib