Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu hazırda Azərbaycanın genişmiqyaslı hücumuna məruz qalan Dağlıq Qarabağda yaşayan ermənilər üçün həyəcan təbili çalıb.
Lemkin İnstitutu bildirib ki, ermənilərə qarşı hücumu Azərbaycan prezidenti İlham Əliyevin soyqırım rejimi həyata keçirir.
“Qarabağ xalqı indi Azərbaycanın 9 aylıq mühasirəsindən sonra təkcə aclıq və bunun nəticəsində yaranan sağlamlıq problemlərlə yanaşı, hava hücumları, PUA-lar hücumları və mülki ərazilərin kütləvi atəşə tutulması nəticəsində ölüm riski ilə üz-üzədir”.
Lemkin İnstitutu vurğulayır ki, dünya Azərbaycan təcavüzünə qarşı durmalıdır.
“Hazırda qüdrətli liderlərin və dövlətlərin Azərbaycanın qarşısında ayağa qalxması və ermənilərə qarşı növbəti təcavüzə dözməyəcəklərini və soyqırımın qarşısının alınması üçün bütün mexanizmləri ona qarşı istifadə ediləcəyini açıq şəkildə nümayiş etdirmələri zəruridir.
Əgər belə bir şey olmasa, nəticədə bu liderlər və dövlətlər soyqırımda iştiraka görə məsuliyyət daşıyacaqlar. Azərbaycana qarşı müqavimətin olmaması həm də eskalasiyaya gətirib çıxara bilər ki, bu da təkcə Artsax ermənilərinin tam məhvinə deyil, həm də daha geniş müharibəyə gətirib çıxaracaq.
Regionda Azərbaycan və onun müttəfiqi Türkiyə Ermənistanın cənubunda və İranın şimalında ərazi ambisiyaları güdürlər”- deyə bəyanatda bildirilir.