Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov bildirib ki, Rusiya sülhməramlıları hərbi əməliyyatların dayandırılmasını təmin etmək üçün Dağlıq Qarabağdadır.
“Əslində, onlar bu regionun əhalisi üçün sabitlik və təhlükəsizliyi təmin edən bir növ canlı qalxandır. Məhz sülhməramlıların fəaliyyəti sayəsində qan tökülməsi dayandırıldı. Bu narahat bölgədə nə Ermənistan, nə Azərbaycan, nə Rusiya və Türkiyə müharibəyə ehtiyac duyur. Bu düşmənçiliklər yalnız Qərbin xeyrinə olan partlayıcı vəziyyətdir”.