Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətində Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunub.
“Mənim toxunmaq istədiyim növbəti məsələ Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsidir və məntiqlə güman edilir ki, əgər sülhməramlılar belə bir təklif irəli sürüblərsə, bu o deməkdir ki, onlar Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək öhdəliyini tam və qeyd-şərtsiz qəbul etmişlər, bununla da Dağlıq Qarabağ ermənilərinin öz evlərində, öz torpaqlarında ləyaqətli və təhlükəsiz şəkildə yaşamaq və işləmək hüquqlarını qorumaq üçün tam şərait yaratmalıdırlar.
Mənim yanaşmam odur ki, onlar bu bəyanatla məsuliyyəti tamamilə öz üzərinə götürür, baxmayaraq ki, biz həmişə bu məsuliyyətin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Rusiyanın sülhməramlı missiyasının üzərinə qoyulduğunu düşünürdük, lakin ümid edirik ki, Rusiya sülhməramlı qüvvələri öz vəzifələrini tam yerinə yetirəcək”.