DQ Prezidentinin aparatı DQ-da mövcud vəziyyətlə bağlı bəyanat yayıb:
“Sentyabrın 19-dan Azərbaycan Respublikası raket-artilleriya və hava zərbələri ilə Artsax Respublikası ilə təmas xətti boyunca genişmiqyaslı hücuma başladı.
Azərbaycan SQ-nin hərəkətlərinin təhlili göstərir ki, məqsəd Artsaxı parçalamaq və ona düzəlməz ziyan vurmaqdır.
İki gün davam edən döyüşlərdə Artsax Silahlı Qüvvələrinin bölmələri canlı qüvvə və hərbi texnika baxımından bir neçə dəfə üstün olan düşmənə qarşı qəhrəmancasına vuruşub, ona böyük itkilər verib.
Təəssüf ki, Artsax tərəfinin də itkiləri və yaralıları var. Bəzi hissələrdə isə, düşmən MO döyüş mövqelərinə soxulub, bir sıra yüksəkliklər və strateji yol qovşaqları işğal edib.
Yaranmış vəziyyətdə beynəlxalq ictimaiyyətin fəaliyyəti müharibənin dayandırılması və vəziyyətin həlii üçün yetərsizdir.
Bütün bunları nəzərə alaraq, Artsax Respublikasının hakimiyyəti Rusiya sülhməramlı missiyasının komandanlığının atəşin dayandırılması ilə bağlı təklifini qəbul edir”.