Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın DQ-a qarşı əməliyyatlarının başlaması barədə Rusiya sülhməramlılarına bir neçə dəqiqə qalmış məlumat verilib.
“KİV-də belə məlumatlar yayılır ki, guya Azərbaycan tərəfi Rusiya sülhməramlılarına Dağlıq Qarabağda bu gün keçiriləcək “antiterror” əməliyyatı ilə bağlı xəbərdarlıq edib. Bu doğru deyil. Məlumat hərbi əməliyyatların başlamasına bir neçə dəqiqə qalmış Rusiya qoşunlarına çatdırılıb”, - deyə Zaxarova bildirib.