Bir neçə gün əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bəyan edib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağda ermənilərin etnik təmizləmə cəhdinə dözməyəcək. Bu barədə Edmon Marukyan X mikrobloqunda yazıb.
“İndi Azərbaycan Dağlıq Qarabağın mülki əhalisinə qarşı genişmiqyaslı təcavüzə və hərbi əməliyyata başlayıb. İndi tələyə düşmüş və aclıqdan əziyyət çəkən insanlara qarşı təcavüz və hərbi hücumun dayandırılması üçün hansı tədbirlərin görüləcəyinə qərar vermək növbəsi ABŞ-dadır.
Təbii ki, Azərbaycan dinc və müdafiəsiz insanları qətlə yetirməklə etnik təmizləmədən başqa daha bir hərbi cinayət törədir. Bütün bunlar pislənilməli və dayandırılmalıdır”, - deyə Marukyan bildirib.