Fransanın xarici işlər naziri Ketrin Kolonna özünün X mikrobloqunda (keçmiş Twitter) Laçın dəhlizi və Ağdam yolu ilə Dağlıq Qarabağa humanitar yüklərin daşınmasına toxunub.
“İki humanitar karvan Laçın və Ağdam keçid məntəqələrindən keçərək Dağlıq Qarabağa keçib. Bu, beynəlxalq hüquqa və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən qeyd-şərtsiz və maneəsiz humanitar çıxışa doğru ilk addım olmalıdır”, - deyə diplomat yazıb.