Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq Naxicevan Şəhər İcra Hakimiyyəti və onun tabeli təşkilatları üzrə dövlət vəsaitinin istifadəsinin auditi aparılıb. Audit 2021-2022-ci illəri əhatə edib.
Nəzarət tədbiri nəticəsində 1.792.167 manat məbləğində artıq və qanunsuz əmək haqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.
Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.