Qətər səlahiyyətliləri İran və ABŞ-a Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində əvvəllər dondurulmuş 6 milyard dollarlıq İran aktivlərinin Dohadakı bank hesablarına köçürüldüyünü təsdiqləyib. Bu barədə Reuters agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Sentyabrın 16-da “Tasnim” xəbər agentliyi bildirib ki, Amerika sanksiyaları nəticəsində Cənubi Koreyada dondurulmuş İslam Respublikasının 6 milyard dollarlıq aktivləri İrana təhvil verildikdən sonra İran hakimiyyəti ABŞ-la əsir mübadiləsi həyata keçirəcək. Agentlik qeyd edib ki, köçürmə təsdiqləndikdən sonra Dohada “beşə beş” formasında məhbus mübadiləsi aparılmalıdır.