ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağdakı böhranın qiymətləndirilməsinə dair dinləmələr zamanı Azadlığa Dəstək Aktının 907 saylı qətnaməsinə və onun mümkün ləğvinə istinad edilib. Bəzi senatorlar Amerikanın Azərbaycana verdiyi yardımın Ermənistan və Dağlıq Qarabağa qarşı istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Azərbaycana göstərilən yardımı İranla sərhədin qorunması və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə zərurəti ilə, Avropa müttəfiqləri üçün mühüm əhəmiyyət kəsb edən enerji kanallarının qorunması, eləcə də Azərbaycan silahlı qüvvələrinin ABŞ və NATO-nun SQ-i ilə uyğunluğunun təmin edilməsi ilə əsaslandırıb.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendes Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləməyə mümkün hazırlıqlarına toxunara deyib: “Əgər hər hansı səbəbdən etnik təmizləmənin baş verməsinə icazə versək, istər sərhəd mühafizəsi, istərsə də narkotiklərlə mübarizə, biz real prioritetlərimizin nə olduğuna dair qlobal mesaj göndərmiş oluruq”.