Meksikanın Xarici Əlaqələr Katibliyində Ermənistan Respublikası və Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr baş tutub.
Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Ermənistan-Meksika münasibətlərinin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Onlar beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, o cümlədən regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunmuşlar.
Paruyr Hovhannisyan Azərbaycanın tərəfindən Laçin dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda hər gün pisləşən humanitar vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi və regional prosesləri təqdim edib.