Ermənistan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir.
Baş nazir həmçinin qeyd edib ki, bu gün DQ-da humanitar böhranın aradan qaldırılması da bu kontekstdə çox vacibdir və bu istiqamətdə bütün mümkün tədbirləri görəcəklər.