Sentyabrın 13-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
ER XİN-dən verilən məlumata görə, nazirlər Cənubi Qafqazda sabitlik və təhlükəsizlik ilə bağlı məsələləri müzkirə etdi.
Regional son inkişaflara toxunan Mirzoyan Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsinin qarşısının alınmasına, Azərbaycanın konstruktiv sahəyə qaytarılmasına yönəlmiş tərəfdaşların səylərinin və mesajlarının vacibliyini qeyd edib.
Regionda uzunmüddətli sabitliyin əldə olunması kontekstində Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həllinin zəruriliyi də vurğulanıb.
Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər. Hər iki tərəf müxtəlif platformalarda və formatlarda dialoqu davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.