İsveç parlamentinin önündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müqəvvasını yandırdılar.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, aksiya Stokholmun mərkəzində, İsveç parlamentinin binası qarşısında baş tutub. Qeyd olunub ki, hadisə yerində İsveç polisləri olsa da, onlar heç bir tədbir görməyiblər.