Aİ-nin Ermənistandakı Monitorinq Missiyası son həftələrdə Yerasx ərazisində, o cümlədən metal zavodu ərazisində təhlükəsizlik və hər hansı hərbi insidenti müşahidə etmək üçün müntəzəm patrul xidməti həyata keçirib.
Bu barədə Aİ-nin Monitorinq Missiyasının "Twitter" hesabında məlumat verilib.
“Bizim mövcudluğumuz daha təhlükəsiz mühitin yaranmasına töhvə verib”,-məlumatda qeyd olunub.