ER XİN-i Ermənistanın suveren ərazisinə qarşə Azərbaycan təcavüzünün bir illiyi münasibətilə bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, sebtyabrın 13-də Azərbaycan SQ-i ER suveren ərazisinə qarşı öz miqyasları ilə görünməmiş bir təcavüzə əl atdı və təxminən 150 kvadrat kilometr ərazi işğal olundu, bu təcavüzdən öncə də - 2021-ci ilin may və noyabr aylarında ER suveren əraziləri işğal olunmuşdu.
XİN vurğulayıb ki, Azərbaycan tərəfinin əməliyyatları yaşayış məntəqələrinin, mülki və ekoloji infrastrukturun hədəflənməsi, iri çaplı silahların və PUA-ların istifadəsi ilə müşayiət olunub, Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə isə, erməni hərbçilərin, o cümlədən qadınların bədənləri təhqir olunub və bunu göstərən bir sıra videomateriallar mövcuddur.
“Cəzasızlıq hissini rəhbər tutan Azərbaycan bu gün də Cənubi Qafqazdakı sülhə və sabitliyə təhdid edir. Bu günlərdə sosial şəbəkələrdə yayılan bir çox videolar sübut edir ki, Azərbaycan ER ilə dövlət sərhədi və DQ təmmas xətti boyunca qoşun və iri çaplı hərbi texnika cəmləşdirir. Eyni zamanda, Azərbaycan tərəfindən ER SQ mövqelərinin hədəfə alınması və DQ-da atəşkəs rejiminin pozulması halları xeyli artıb”.
Bəyanatda deyilir ki, Azərbaycanın silahlı qüvvələri ER suveren ərazisindən çıxarılmalıdır. ER 1975-ci il xəritələrinə əsasən hər iki tərəfdən qoşunların geri çəkilməsinə dair öz təklifinə sadiq olaraq qalır.
“Biz ümid edirik ki, regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olan tərəflər, bu məsələdə mandatı olan strukturlar regionumuzda növbəti sabitliyin pozulmasının və qeyri-qanuni güc tətbiqinin qarşısını almaq üçün hər cür səy göstərəcək və əllərində olan bütün mexanizmlərdən istifadə edəcəklər”,- XİN bəyanatında deyilir.