Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyət gərgin olaraq qalır. Azərbaycan ER ilə dövlət sərhədi və DQ təmas xətti boyunca qoşunlarının hərəkətini davam etdirir:
Bunu hökumətin iclasında ER Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan həmçinin qeyd edib ki, DQ-da humanitar vəziyyət ağır olaraq qalır: “Keçən gün Rusiyanın Askerandan göndərdiyi humanitar yük də bu vəziyyətə hər hansı bir görünən təsir göstərə bilməz.
Ermənistandan və Fransadan göndərilmiş humanitar yükla dolu 22 yük maşını Laçın yaxınlığında, Kornidzorda qalıb və DQ-ya giriş etmə imkanını gözləyir.
Paşinyan qeyd edib ki, humanitar yüklərin DQ-ya girişini təmin etmək üçün bütün mümkün diplomatik səylər göstərilir və önəmli olan odur ki, bu danışıqlarda və müzakirələrdə DQ nümayəndələri də tam cəlb olunur.
Baş nazir həmçinin ümid edib ki, Bakı-Stepanakert dialoqu üçün etibarlı mexanizm yaradılacaqdır.