ABŞ Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
“Dünən dediyim kimi, dövlət katibi prosesdə şəxsən iştirak edir, yalnız son bir həftə ərzində çoxlu zənglər edib. Qeyd etdik ki, son 24 saat ərzində humanitar yüklərin ilk partiyası Ağdam marşrutu ilə Dağlıq Qarabağa çatdırılıb, ona görə də qısamüddətli məsələ kimi Dağlıq Qarabağa iki dəhlizin açılmasının vacibliyi barədə çağırışımızı təkrar edirik. Uzunmüddətli məsələ kimi iki ölkə arasında yekun razılaşmanın əldə olunmasıdır” ,- o deyib.