"Bizim Azərbaycan və Ermənistanla sıx əlaqələrimiz var və hər iki ölkə İran üçün vacibdir".
Bunu İranın müdafiə naziri Məhəmmədrza Aştiyani bu gün İran hökumətinin iclası zamanı deyib.
Silahlı qüvvələrin ölkənin şimal-qərbində cəmləşməsi məsələsindən danışan Aştiyani qeyd edib ki, İran il ərzində sərhədyanı rayonlarda hərbi təlimlər keçirir.
“Onlar plan üzrə keçirilir və bütün sərhədyanı rayonlarda keçirilir. Bu, normal prosesdir”, - deyə İranın müdafiə naziri əlavə edib.